https://news.day.az/azerinews/1822310.html Lənkəranda yaşayış evlərini talayan şəxs saxlanılıb Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb. Naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın olan məişət əşyalarını talayıb.

Lənkəranda yaşayış evlərini talayan şəxs saxlanılıb

Azərbaycanca, 15 марта 2026 13:37 (UTC +04:00) 332
Lənkəranda yaşayış evlərini talayan şəxs saxlanılıb

Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb. Naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın olan məişət əşyalarını talayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Day.Az-а verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Mehman Quliyev müəyyən edilərək saxlanılıb.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости