Varlılara yeni VERGİ: İkinci evi olanlar ÖDƏYƏCƏK
ABŞ-nin Nyu-York şəhərində yüksək dəyərli ikinci mənzillərə əlavə vergi tətbiq olunması planı təsdiq mərhələsinə keçib.
Day.Az xarici mediaya istinadən xəbər verir ki, şəhər meri Zohran Mamdani bu qərarı seçki vədlərindən biri kimi təqdim edərək "zənginləri vergiyə cəlb edəcəyik" açıqlamasını verib.
Qərara əsasən, dəyəri 5 milyon dollardan yuxarı olan və əsas yaşayış yeri kimi istifadə olunmayan mənzillər yeni verginin obyektinə çevriləcək.
Təşəbbüsə Kathy Hochul da dəstək verib və bunu "vergi ədaləti" kimi qiymətləndirib. Bildirilib ki, şəhərdə yaşamayan, lakin burada bahalı əmlaka sahib olan şəxslər də infrastruktur və xidmət xərclərinə töhfə verməlidir.
Yeni verginin illik ən azı 500 milyon dollar gəlir gətirəcəyi gözlənilir və təxminən 13 min lüks mənzili əhatə edəcək.
ABŞ prezidenti Donald Tramp isə bu təşəbbüsü sərt tənqid edib və belə siyasətin insanları şəhərdən uzaqlaşdıracağını bildirib. Buna baxmayaraq, şəhər rəhbərliyi hesab edir ki, bu addım əsasən Nyu-Yorkda yaşamayan, lakin burada sərvət toplayan varlı təbəqəni hədəfləyir və büdcə kəsirinin azaldılmasına kömək edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре