Kardioloqlardan xəbərdarlıq: İnfarkt ən çox bu saatlarda baş verir
Mütəxəssislərin fikrincə, filmlərdə göstərildiyinin əksinə olaraq infarktlar əsasən gecə deyil, səhər saatlarında baş verir.
Day.Az xəbər verir ki, mütəxəssislər günün ən riskli dövrünün səhər erkən saatları və bu zaman ürək-damar sisteminə düşən yükün artdığını bildirir.
İnfarktın əlamətləri kişilər və qadınlarda fərqli ola bilər. Kişilərdə əsasən sinə ağrısı və sıxılma hissi müşahidə olunur. Qadınlarda isə əlavə olaraq nəfəs darlığı, halsızlıq, narahatlıq, mədə problemləri və kürək, çiyin və qol ağrıları da ortaya çıxa bilər.
Həkimlər vurğulayır ki, infarkt əlamətləri hiss olunan kimi dərhal tibbi yardım almaq həyati əhəmiyyət daşıyır. Erkən müdaxilə ağır fəsadların qarşısını almaqda əsas rol oynayır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре