https://news.day.az/azerinews/1828727.html
Ceyhun Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangellə görüşüb. Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Ceyhun Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangellə görüşüb.
Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsini, iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması vasitəsilə əməkdaşlığın daha da gücləndirilməsi imkanları da nəzərdən keçirilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре