Alimlər gözləri yummağın eşitməni yaxşılaşdırdığı fikrini təkzib ediblər
Yeni elmi araşdırma göstərir ki, diqqəti artırmaq üçün gözləri yummağın eşitməni gücləndirdiyi barədə yayılmış fikir həqiqəti əks etdirmir.
Day.Az xəbər verir ki, Şanxay Jiao Tong Universiteti tədqiqatçılarının apardığı eksperimentlərə əsasən, vizual məlumatın "söndürülməsi" əksinə, səsləri ayırd etmə qabiliyyətini zəiflədə bilər.
Bu yanaşma beynin informasiya emalı ilə bağlı ənənəvi düşüncələrə zidd nəticə ortaya qoyur.
Araşdırmada 25 könüllü müxtəlif vizual şəraitdə - gözləri açıq, bağlı, statik görüntüyə baxaraq və ya səslə uyğun videonu izləyərək - fon səs-küyü içində konkret səsləri müəyyən etməyə çalışıblar.
Nəticələr göstərib ki, iştirakçılar gözləri açıq olduqda səsləri daha dəqiq ayırd edə biliblər. Əksinə, gözlər bağlı olduqda eyni səsi ayırd etmək üçün onu daha yüksək səviyyədə eşitmək lazım gəlib. Vizual olaraq səslə uyğun video izləmək isə eşitmə həssaslığını daha da artırıb.
Tədqiqat çərçivəsində istifadə edilən Elektroensefaloqrafiya nəticələri göstərib ki, gözlər bağlı olduqda beyin səsləri daha güclü filtrasiya edir. Bu isə həm fon səs-küyünün, həm də əsas səs siqnallarının azalmasına səbəb olur.
Alimlərə görə, vizual məlumat eşitmə sistemini xarici mühitlə əlaqələndirir və bu əlaqə xüsusilə səs-küylü mühitlərdə daha effektiv qavramaya kömək edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре