https://news.day.az/azerinews/1829298.html Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq. Day.Az-ın məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Media haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq

Azərbaycanca, 21 апреля 2026 13:29 (UTC +04:00) 264
Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq

Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq.

Day.Az-ın məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Media haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:

 
  • şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.

Bu tələb pozulduqda yayım Audiovizual Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости