https://news.day.az/azerinews/1829378.html Sinə ağrısı sandı, nadir rast gəlinən şiş aşkarlandı İstanbulda yaşayan 38 yaşlı Türkmənistan vətəndaşı Hamid Mamedov sinə ağrısı şikayəti ilə müraciət etsə də aparılan müayinələr nəticəsində onda olduqca nadir rast gəlinən onurğa beyni qişası şişi aşkar edilib.

Sinə ağrısı sandı, nadir rast gəlinən şiş aşkarlandı

Azərbaycanca, 22 апреля 2026 01:13 (UTC +04:00) 350
Sinə ağrısı sandı, nadir rast gəlinən şiş aşkarlandı

İstanbulda yaşayan 38 yaşlı Türkmənistan vətəndaşı Hamid Mamedov sinə ağrısı şikayəti ilə müraciət etsə də aparılan müayinələr nəticəsində onda olduqca nadir rast gəlinən onurğa beyni qişası şişi aşkar edilib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlərin bildirdiyinə görə, bu növ şiş dünyada hər il 1 milyon nəfərdən cəmi 7-də müşahidə olunur.

Mamedov tövsiyə ilə Kars şəhərində fəaliyyət göstərən neyrocərrah Meftun Zərbizadəyə müraciət edib. Aparılan müayinələrdən sonra o, əməliyyata alınıb və yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilən 6 saatlıq əməliyyat nəticəsində şiş tam şəkildə çıxarılıb.

Həkim bildirib ki, əməliyyat zamanı onurğa beyni və sinirlərin zədələnmə riski yüksək olduğundan xüsusi nəzarət sistemləri və ultrasəs texnologiyalarından istifadə olunub. Uğurlu əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşılaşıb və o, artıq sərbəst hərəkət edə bildiyini qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости