https://news.day.az/azerinews/1831548.html Azərbaycan nefti ucuzlaşıb Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,06 ABŞ dolları və ya 0,05% ucuzlaşaraq 122,26 ABŞ dollarına enib. Bu barədə Day.Az-a neft bazarındakı mənbə məlumat verib.

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanca, 1 мая 2026 09:51 (UTC +04:00) 283
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,06 ABŞ dolları və ya 0,05% ucuzlaşaraq 122,26 ABŞ dollarına enib.

Bu barədə Day.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,04 dollar və ya 0,03% ucuzlaşaraq 118,98 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,16 dollar və ya 0,16% azalaraq 98,16 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,08 dollar və ya 0,06% azalaraq 122,86 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости