https://news.day.az/azerinews/1833801.html Bağçada mərmiyə bənzər əşya aşkarlanıb Sumqayıt şəhəri 57 nömrəli körpələr evi - uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib. Day.Az xəbər verir ki, bu barədə Trend-ə həmin təhsil müəssisəsindən məlumat verilib.

Bağçada mərmiyə bənzər əşya aşkarlanıb

Azərbaycanca, 12 мая 2026 12:25 (UTC +04:00) 244
Bağçada mərmiyə bənzər əşya aşkarlanıb

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi - uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə həmin təhsil müəssisəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

"Hazırda vəziyyət tam nəzarət altındadır. İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости