Zəngilan şəhərinə köçən daha 59 ailəyə evlərinin açarları təqdim olunub

İşğaldan azad olunan Zəngilan şəhərinə növbəti köç prosesi gerçəkləşib.

Day.Az xəbər verir ki, Zəngilana çatan ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə olmaqla, 235 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

XXX

14:42

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib.

Day.Az xəbər verir ki, növbəti Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə olmaqla, 419 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

XXX

07:45

Zəngilan və Cəbrayıla köç karvanı yola salınıb.

Day.Az xəbər verir ki, mayın 13-də Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 59 ailə-235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə-419 nəfər köçürülüb.