https://news.day.az/azerinews/1835168.html Mosvkada leysan yağışlar: bəzi küçələr su altında qalıb - VİDEO Rusiyanın paytaxtı Moskvada güclü leysan bəzi küçələri sualtında qoyub. Moskvalılar sosial şəbəkələrdə əlverişsiz hava şəraitinin nəticələrini əks etdirən videolar paylaşıblar. Kadrlarda ildırım çaxmaları və yollarda yaranmış iri gölməçələr görünür. Day.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir

Mosvkada leysan yağışlar: bəzi küçələr su altında qalıb - VİDEO

Azərbaycanca, 18 мая 2026 11:05 (UTC +04:00) 233
Mosvkada leysan yağışlar: bəzi küçələr su altında qalıb

Rusiyanın paytaxtı Moskvada güclü leysan bəzi küçələri sualtında qoyub. Moskvalılar sosial şəbəkələrdə əlverişsiz hava şəraitinin nəticələrini əks etdirən videolar paylaşıblar. Kadrlarda ildırım çaxmaları və yollarda yaranmış iri gölməçələr görünür.

Day.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir

Paytaxtın şəhər təsərrüfatı kompleksi gün ərzində yağış, şimşək, dolu və güclü küləklə bağlı xəbərdarlıq etmişdi. Qurum sakinlərə ağacların altında sığınmamağı və avtomobilləri onların yaxınlığında park etməməyi tövsiyə edib. Paytaxtın FHN idarəsi sürücülərə hərəkət sürətini azaltmağı, öndə gedən nəqliyyat vasitələri ilə məsafəni artırmağı və qəfil manevrlərdən yayınmağı, piyadalara isə reklam lövhələri və dayanıqsız konstruksiyalardan uzaq durmağı məsləhət görüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости