https://news.day.az/azerinews/1839050.html İranın Küveyt aeroportunu vurması nəticəsində xəsarət alanların sayı AÇIQLANIB İranın Küveyt Beynəlxalq Hava Limanına raket və dronlarla hücum edib. Hücum nəticəsində azı 63 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Küveytin Səhiyyə Nazirliyi "Facebook" hesabında məlumat yayıb.

İranın Küveyt aeroportunu vurması nəticəsində xəsarət alanların sayı AÇIQLANIB

Azərbaycanca, 3 июня 2026 16:09 (UTC +04:00) 312
İranın Küveyt aeroportunu vurması nəticəsində xəsarət alanların sayı

İranın Küveyt Beynəlxalq Hava Limanına raket və dronlarla hücum edib. Hücum nəticəsində azı 63 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Küveytin Səhiyyə Nazirliyi "Facebook" hesabında məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, zərərçəkənlər arasında sərnişinlər və hava limanının əməkdaşları da var. Onlara bütün zəruri tibbi yardım göstərilir.

Bundan əvvəl ölkənin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalının İran raketləri və PUA-larının hücumuna məruz qaldığını bildirmişdi. Küveyt Xarici İşlər Nazirliyinin bəyanatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, ciddi maddi ziyan dəyib.

İnsidentdən sonra Küveydə mülki uçuşlar tam şəkildə dayandırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости