https://news.day.az/azerinews/1839062.html
Roma Papası XIV Leo Prezident İlham Əliyevə məktub göndərib
Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: "Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam.
Roma Papası XIV Leo Prezident İlham Əliyevə məktub göndərib
Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam.
Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq,
hər bir insanın ləyaqətini müdafiə edərək, ehtiyacı olanlara yardım göstərərək həmişə sülhün tərəfdarı olsunlar.
Zati-alinizə, dövlət işlərinə məsul şəxslərə və bütün həmvətənlərinizə İlahidən xeyir-dua diləyirəm".
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре