https://news.day.az/azerinews/1839118.html "Google" 32 milyon ağcaqanadı təbiətə buraxacaq "Google" korporasiyası genişmiqyaslı ekoloji layihə həyata keçirməyi planlaşdırır. Belə ki, "Debug" təşəbbüsü çərçivəsində şirkət Kaliforniya və Florida ştatlarında xüsusi şəkildə yetişdirilmiş 32 milyon ağcaqanadın təbiətə buraxılmasını planlaşdırır. Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.

"Google" 32 milyon ağcaqanadı təbiətə buraxacaq

Azərbaycanca, 3 июня 2026 19:46 (UTC +04:00) 351
"Google" 32 milyon ağcaqanadı təbiətə buraxacaq

"Google" korporasiyası genişmiqyaslı ekoloji layihə həyata keçirməyi planlaşdırır. Belə ki, "Debug" təşəbbüsü çərçivəsində şirkət Kaliforniya və Florida ştatlarında xüsusi şəkildə yetişdirilmiş 32 milyon ağcaqanadın təbiətə buraxılmasını planlaşdırır.

Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.

Eksperimentin məqsədi insanlar üçün təhlükəli xəstəliklər, xüsusilə Qərbi Nil virusu və denge qızdırmasını yayan vəhşi həşəratların populyasiyasını kəskin şəkildə azaltmaqdır.

 

Ağcaqanadlar ABŞ-də bir sıra təhlükəli xəstəliklərin əsas daşıyıcıları hesab olunur. Bunlara Sent-Luis ensefaliti, denge qızdırması, Zika virusu, sarı qızdırma və hazırda ölkədə yoluxma hallarının sayına görə lider olan Qərbi Nil virusu daxildir.

"Debug" layihəsi məhz bu təhlükələrlə mübarizənin texnoloji və təhlükəsiz üsullarını tapmaq məqsədilə on ildən artıq müddətdə hazırlanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости