Türkiyədə

Türkiyənin Muğla vilayətinin Milas rayonunda baş verən meşə yanğınları geniş əraziyə yayılıb.

Day.Az xəbər verir ki, bu barədə Demirören xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın ötən axşam başlayıb. Alovun söndürülməsi üçün əraziyə yanğınsöndürmə təyyarələri, helikopterlər və çoxsaylı yerüstü qüvvələr cəlb edilib.

Muğla valisi İdris Akbıyık bildirib ki, təhlükəsizlik məqsədilə fəlakət zonasından 1 120 nəfər təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Hadisənin başvermə səbəbi isə hələlik müəyyən edilməyib.