Yeməkləri hansı temperaturda yemək daha təhlükəsizdir?

Qastroenteroloq Aleksandr Prikazçikov bildirib ki, temperaturu **65°C-dən yuxarı** olan yemək və içkilərin müntəzəm qəbulu qida borusu xərçəngi riskini artıra bilər.

Day.Az xəbər verir ki, çox isti qidalar həmçinin ezofagit və qida borusunda eroziyaların yaranması ilə əlaqələndirilir.

Mütəxəssisin sözlərinə görə, qida borusu və mədə-bağırsaq sistemi üçün ən təhlükəsiz temperatur **36-42°C** aralığıdır. Bu temperatur selikli qişanı qıcıqlandırmadan qidalanmağa imkan verir.

Soyuq qidaların isə ciddi təhlükə yaratmadığı bildirilir. Həkim qeyd edib ki, mədə qidanı bədən temperaturuna uyğunlaşdırdığı üçün əsas risk həddindən artıq isti yemək və içkilərlə bağlıdır.