Şabranda 52 yaşlı kişini tok vuraraq öldürdü

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Day.Az-ın məlumatına görə, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Arif Tahir oğlu Camayev iyulun 15-də yaşadığı evin yaxınlığında yerləşən artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanının təsirinə məruz qalıb.

Nəticədə 52 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.