Sərxoş qadın baltayla üç avtomobilə ziyan verib

Rusiyanın Kaluqa vilayətində 48 yaşlı sərxoş qadın baltayla dayanacaqda olan üç avtomobili zədələyib.

Day.Az xəbər verir ki, hadisə nəticəsində 70 min rubldan çox ziyan dəyib.

Qadın saxlanılıb, barəsində cinayət işi açılıb.

Onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.