Həkim açıqladı: Yağışdan əvvəl oynaqlar niyə ağrıyır?
Mütəxəssislər bildirirlər ki, yağışdan əvvəl diz və digər oynaqlarda hiss olunan ağrılar real fizioloji səbəblərlə bağlıdır.
Day.Az xəbər verir ki, ortoped Anudca Caynanın sözlərinə görə, xüsusilə oynaq qığırdağında zədələnmə olan insanlar atmosfer şəraitindəki dəyişikliklərə daha həssas olurlar.
Həkim izah edir ki, yağışdan əvvəl atmosfer təzyiqinin enməsi, rütubətin artması və temperaturun aşağı düşməsi oynaqlara təsir göstərir. Təzyiq azaldıqda oynaq ətrafındakı toxumalar genişlənərək sinirlərə təzyiq edir, soyuq hava isə əzələlərin gərginləşməsinə və hərəkət zamanı sərtliyin artmasına səbəb olur.
Mütəxəssisin sözlərinə görə, yağışlı havalarda insanların daha az hərəkət etməsi də oynaq ağrılarını gücləndirə bilər. O, belə halların qarşısını almaq üçün müntəzəm fiziki aktivliyi qorumağı və oynaq problemləri davamlı olduqda həkim müayinəsindən keçməyi tövsiyə edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре