https://news.day.az/azerinews/1848742.html
Çində torpaq sürüşməsi: 8 nəfər ölüb, 34 nəfər itkin düşüb
Çinin Çonçin şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb. AZƏRTAC xəbər verir ki, aramsız yağışların səbəb olduğu sürüşmə yerli vaxtla səhər saat 9 radələrində Hancia mikrorayonunda baş verib. Nəticədə dağın ətəyində yerləşən 10-dan çox yaşayış binası dağıntı və palçıq axını altında qalıb.
Çində torpaq sürüşməsi: 8 nəfər ölüb, 34 nəfər itkin düşüb
Çinin Çonçin şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, aramsız yağışların səbəb olduğu sürüşmə yerli vaxtla səhər saat 9 radələrində Hancia mikrorayonunda baş verib. Nəticədə dağın ətəyində yerləşən 10-dan çox yaşayış binası dağıntı və palçıq axını altında qalıb. Axtarış işlərinin gedişində 10 nəfər xilas edilib, 8 nəfərin meyiti tapılıb. Hazırda axtarış-xilasetmə işləri davam edir.
Sürüşmədən sonra ərazidə 2-ci səviyyədə geoloji fəlakət vəziyyəti elan olunub. Təbii fəlakət bölgəsindən təxminən 1100 nəfər təxliyə edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре