İran Bəhreynin aeronaviqasiya sistemlərinə hücum edib

İran Bəhreynin hava naviqasiya sistemlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Day.Az xəbər verir ki, bu barədə BNA agentliyi Bəhreynin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.

Qurumun bəyanatına görə, aidiyyəti orqanlar hücumun nəticələrinin aradan qaldırılmasına əməliyyat və təhlükəsizlik prosedurlarına uyğun şəkildə başlayıb, aeronaviqasiya xidmətlərinin fasiləsiz fəaliyyətini və hava hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görüblər.

Məlumata görə, Bəhreyndən həyata keçirilən və ölkənin hava məkanından tranzit keçən bütün uçuşlar normal qaydada davam edir.