https://news.day.az/azerinews/1864174.html Dələduzların kredit planı belə pozulacaq - Ekspert AÇIQLADI - VİDEO Dələduzların vətəndaşların bank hesablarına çıxış əldə etsələr belə, onların adına onlayn istehlak krediti rəsmiləşdirməsinin qarşısını almaq üçün yeni qaydalar qüvvəyə minib. Vətəndaş əvvəlcədən öz adına onlayn kredit götürülməsinə qadağa qoya bilər.

Dələduzların kredit planı belə pozulacaq - Ekspert AÇIQLADI - VİDEO

Azərbaycanca, 2 октября 2026 13:07 (UTC +04:00) 155
Dələduzların kredit planı belə pozulacaq

Dələduzların vətəndaşların bank hesablarına çıxış əldə etsələr belə, onların adına onlayn istehlak krediti rəsmiləşdirməsinin qarşısını almaq üçün yeni qaydalar qüvvəyə minib. Vətəndaş əvvəlcədən öz adına onlayn kredit götürülməsinə qadağa qoya bilər. Bundan başqa, 800 manata qədər kreditlər üzrə vəsaitin hesaba köçürülməsi üçün 2 saat, 800 manatdan yuxarı məbləğlər üçün isə 24 saat gözləmə müddəti tətbiq olunur.

Day.Az xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, qaydaların əsas məqsədi yalnız dələduzluğun qarşısını almaq deyil, həm də vətəndaşların ehtiyacsız və tələsik kredit götürməsinin qarşısını almaqdır.

Ekspert bildirir ki, müasir dələduzluq üsullarından istifadə edən şəxslər vətəndaşın etibarından yararlanaraq sürətlə kredit götürə və vəsaitləri mənimsəyə bilərlər. Yeni mexanizm bu cür halların qarşısının alınmasına xidmət edir.

Kərimli qeyd edir ki, vətəndaş öz adına onlayn kredit götürülməsinə qoyduğu məhdudiyyəti sonradan dəyişə və ya ləğv edə bilər. Onun fikrincə, bu imkan xüsusilə emosional xərcləməyə meyilli və sonradan kredit qərarından peşman olan şəxslər üçün əlavə qorunma yaradır. Məhdudiyyət bank və ya kredit təşkilatında ayrıca, yaxud Kredit Bürosunun platforması vasitəsilə bütün kredit təşkilatlarına tətbiq oluna bilər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости