Bakı Şəhər Halqası dünyada ən yaxşılar sırasındadır

Day.Az представляет новость на азербайджанском языке
Sky Sports telekanalının apardığı sorğuda Bakı Şəhər Halqası ilk sıralardadır.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Milli.Az-a bildiriblər ki, Böyük Britaniyanın idman sahəsi üzrə ixtisaslaşmış və Formula 1 yarışlarının yayım hüququna malik Sky Sports telekanalı öz rəsmi vebsaytında "Formula 1-in ən yaxşı yeni treki" adı altında keçirdiyi sorğuda Bakı Şəhər Halqası 6-cı yerdədir:
"İndiyədək minlərlə insanın rəy verdiyi sorğuda Bakı Şəhər Halqası qısa müddət ərzində 4 min nəfərə yaxın azarkeş tərəfindən bəyənilib. Odur ki, dünyanın hər yerindən çox sayda Formula 1 azarkeşi Bakı Şəhər Halqasında keçiriləcək Avropa Qran Prisini səbirsizliklə gözləyir.
Bakı Şəhər Halqasını ən yüksək pilləyə çıxarmaq sizin əlinizdədir. Bunun üçün əvvəlcə bu keçidə daxil olursunuz. Daha sonra Bakı Şəhər Halqasına aid bölməni tapırsınız və bu bölmədə İçərişəhərin qala divarlarının əks olunduğu şəklin solunda yerləşdirilmiş "like" düyməsinə basaraq öz dəstəyinizi göstərirsiniz.
Gəlin Bakı Şəhər Halqasını dünyada ən çox bəyənilən Formula 1 treki edək!"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре