Ceki Can “Oskar” aldı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyası ilin ilk "Oskar" mükafatını Honq-konqlu aktyor Ceki Cana verib.

Axşam.az "Röyters"ə istinadən xəbər verir ki, 62 yaşlı aktyor və döyüş ustası mükafata film sahəsində yüksək xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Ceki Can 150-dən çox filmdə çəkilib. Karyerasına 1978-ci ildə "Snake in the Eaglechr("39")s Shadow" filmi ilə başlayıb.

61 milyon dollar gəliri ilə "Forbes"in "ən çox qazanan aktyorlar" siyahısında yer alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.