"Evdə tək" filminin Azərbaycan versiyası çəkildi
Day.Az представляет новость на азербайджанском языке
 
"Evdə tək" filminin Azərbaycan versiyası çəkilib.
 
Bu barədə aktyor Ramiz Hüseynzadə baku.ws-ə müsahibəsində bildirib.
 
Day.Az müsahibəni təqdim edir:
 
- Ramiz bəy bu komediyanın çəkilməsi üçün fikir, ideya kimdən gəldi? Necə oldu ki "Samedik" filmini çəkməyi qərara aldınız?
 
- Biz əslində tamamilə başqa bir film çəkmək istəyirdik. Daha sonra isə belə bir ideya yarandı. Səməd isə bizim ATV telekanalında yayımlanan "3+1" layihəsi çəçivəsində çəkilir. Samedikin bu sahadə özünü inkişaf etdirdiyini müşahidə etdim. Əvvəllər o bir qədər utancaq idi. Mən yeni film üzərində çox fikirləşdim və düşündüm ki, Azərbaycanda həddindən artıq film çəkilsə də uşaqlara aid bir filmin olmadığını gördüm. Kinoteatra getmək mədəniyyəti insanlarda inkişaf edir. Odur ki, uşaqlar da kinoteatrlara getsə çox yaxşı olar. Bir gecədə qərara gəldim ki uşaq haqqında film çəkək. Filmin tam olaraq "Evdə tək" filminə bənzəməməsi üçün 10 günə yaxın filmin ssenarisi üzərində işlədik. Nəticədə həm uşaqları həm də böyükləri güldürə biləcək bir film ərsəyə gətirdik.
 
- Filmin çəkilişləri harada baş tutub?
 
- Filmin çəkilişləri ötən ilin payızında başlanılaraq Bakının Mərdəkan qəsəbəsində və Fatmeyi kəndində baş tutub.
 
- Bəs Ramiz bəy filmdə cərəyan edən hadisələr necə "Evdə tək" filmi ilə eynilik təşkil edirmi? Sözügedən filmdə valideynlər Kevini evdə unudurlar. "Samedik" filmində necə balaca qəhrəmanımızın başına nə gəlir?
 
- Ümumiyyətlə biz dramaturgiya əsasında filmin ssenarisini elə qurmuşuq ki, burada Samedik "Evdə tək" filmini izləyir və bu filmdən nümunə götürür. Birdə bunu o məqsədlə etdik ki, sonra bizə deməsinlər ki, biz "Evdə tək" filmini çəkmişik. Çəkmişik əcəb eləmişik. Filmin rejissoru Sahil Nəzərov, quruluşcu operator Əhməd Barasovdur. Xüsusən bu filmdə gənc kadrlara üstünlük vermişik. Mən gənclərlə işləməyi çox xoşlayıram. Onların hər zaman öz ideyaları olur. İnanıram ki, bu filmdən sonra bizimlə çalışan gənclər reklam olunacaq və onlara çoxlu sayda filmə dəvət gələcək. Filmdə cərəyan edən hadisələrə gəldikdə isə Səmədin qabağına bir çanta atırlar. Səməd də çantanı götürür. Elə bütün hadisələrdə bundan sonra başlayır. Həddindən artıq dəcəl olan Samediki babasını evinə göndərirlər. Hadisələr də babasının bağ evində yaşanır. Mafiya üzvləri onun babasını tutub aparır və Samedik evdə tək qalır. Ən sonda onun köməyinə nənəsi gəlir və mübarizədən Samedik qalib ayrılır.
 
- "Evdə tək" filmində bir çox epizodlarda aktyorların yerinə dublyorlar-kaskadyorlar çəkilib. Bəs "Samedik"də necə?
 
- Bizdə filmdəki bütün çətin səhnələrə, kaskadyorlar deyil elə aktyorların özləri çəkildilər. Filmdəki bəzi epizodlarda dublyorlar çəkildikdə bu istənilən halda bilinir. Bunu yalnız aktyor özü oynamalı idi.
 
- "Evdə tək" filmində Kevin oğrulara qarşı mübarizədə maraqlı tələlər qurur. "Samedik"dəki tələ səhnələri necə bir başa bu filmdəki ilə eynilik təşkilik edir yoxsa yeni ideyalarınız olub?
 
-Xeyr. Tamamilə yeni səhnələr çəkmişik. Bütün səhnələr Azərbaycan mentalitetinə uyğun çəkilib ki, bizim tamaşaçını güldürə bilsin. Bizdə belədiki yıxılanda hamı gülür.
 
- Balaca aktyorun necə kaprizləri oldu? Elə səhnə oldu ki, Səməd çəkilməkdən imtina edib sizi əziyyətə salsın?
 
- Hə Səmədin müəyyən kaprizləri oldu. Məsələn Səmədin babası rolunu canlandıran akyorun Samedikə "Samadıx" deməsi onun xoşuna gəlmirdi oda buna etiraz etdi bizdə bunu nəzərə aldıq.
 
- Filmin aktyor heyətində kimlər yer alıb?
 
-Filmdə bizim gözəl aktyorumuz Elşən Hacıbabayev, Elsevər Mehdizadə, uzun müddətdir bizimlə çalışan demək olar ki, yalvara-yalvara aktrisalığa gətirdiyim Səbinə Əliyeva, ilk dəfə olaraq PərvanəTalıbzadə, Samedikin anasını rolunu canlandırır. Samedikin atası rolunu isə prodüser Ataş, nənəsi rolunda prodüser Sayqa babası obrazını isə Nizami Həsənli canlandırıb. Komandamız çox maraqlı insanlardan təşkil edilib. Sayqanı nənə obrazına gətirəndə çox tərəddüd edirdi. Çəkilişlər davam etdikcə dedi ki, bu obraz elə mənlikdi. Ana rolu üzərində çox mübahisələr oldu. Sonda Pərvanə ilə razılaşdıq və onunda işindən razıyıq.
 
- Səmədi tanıqdan sonra bu filmi çəkmək qərarına gəldiz yoxsa ideyadan sonra Səmədi kəşf etdiniz?
 
- Uşağı tanıyırdım. Mən Səmədi "Gizlənpaç" filmindən əvvəl tanıyıram. Həm də bizim Sabinanın qohumudur. Əvvəlcə Səməd çox utancaq olsa da mən ondakı istedadı görümüşdüm.
 
- Filmin təqdimatı nə vaxt baş tutacaq?
 
- Filmin qala gecəsi 1 İyun beynəlxalq uşaqlar günündə baş tutucaq. Mən buradan bütün valideynlərə səslənirəm ki, qorxmadan uşaqlarını bu filmə gətirsinlər. Uşaqların telefonla yaxud da kompüterlə oynamasındansa mədəniyyətin inkişafı üçün filmə baxması daha məqsədə uyğundur. Mədəniyyət uşaqdan başlayır.
 
- Ramiz bəy bəs siz özünüz necə filmdə rol almısınız?
 
- Mənim filmdə rolum çox qısadır. 3 kiçik səhnədə çəkilmişəm. Amma bunun da bir məntiqi var. Azərbaycanda çoxlu sayda film çəkilir. Lakin filmlərimizdə dramaturgiya çox zəifdir. Komediyalarımızda sadəcə boş-boş güldürmək istəyirlər. Bir film var həmişə demişəm ki, "Oğlan evi 1" dramaturgiyada çəkilən ən gözəl filmlərdən biridir. Filmlərin çox çəkilməsi bizim üçün yaxşı bir haldır. Filmdə dramaturgiya vacib bir şeydir. Bəzi filmlərimizdə film başlayır sona çatır bilmirsən film niyə belə bitdi yəni məntiq olmur. Bu filmin reklamını görəndə inanıram ki, camaat maraq göstərəcək. Valideynlər rahatlıqla uşaqlarını bu filmə baxmağa gətirə bilər. Bəzən elə olur ki, yazırlar film 6+ gələndə məlum olur ki, 25+ dur.
 
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: