Bu avtobusun yolu dəyişdirildi - XƏRİTƏ

Day.Az представляет новость на азербайджанском языке

Aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şosesindən keçməklə hərəkət edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.