"Çovğun hamısını apardı" - İsmayıllıda qasırğa

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün günorta saatlarından şimal-qərb bölgəsinə güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. Fəsadlar ən çox İsmayıllıda özünü göstərib.

Day.Az ARB Şəki-yə istinadla xəbər verir ki, güclü külək İsmayıllıda elektrik xətlərinə, evlərin və binaların dam örtüyünə, təsərrüfata xeyli ziyan vurub.

İsmayıllının elektrik, rabitə və qaz təsərrüfatına ciddi zərər dəyib. 20-dən çox ağacın elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-luq və 10 yerdə 0.4 kv.luq hava xətləri sıradan çıxıb, kənd təsərrüfatına və əkin sahələrinə xeyli ziyan dəyib. Evlərin zirzəmilərinə su dolub. İsmayıllı şəhər 6 və 2 saylı tam orta məktəblərinin, İsmayıllı Şəhər Bələdiyyəsinin, 8 ümümi yaşayış binası və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüyü ciddi zərər görüb. 1 avtomobilin üzərinə ağac aşması nəticəsində yararsız hala düşüb.

Mehdi Kərimov- Sakin: "4 baş ailəyik. Çovğun gəldi, götürdü, apardı. Yorğan-döşək hamısı selin içindədir".

 

Hazırda şəhərə dəyən zərərin miqdarı hesablanır. İsmayıllı rayon Elektrik şəbəkəsindən verilən məlumata görə, artıq şəhərin bir hissəsinə işığın verilişi bərpa olunub, digər hissəsində isə bərpa işləri davam etdirilir. Şəhər ərazisində yaranan problemlərin aradan qaldırılması üçün aidiyyatı qrumlar lazım olan istiqamətdə iş fəaliyyətlərini davam etdirilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: