Rusiyada baş verən yanğında 7 nəfər ölüb

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın İrkutsk vilayətində Bratsk şəhərində baş verən yanğında 7 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəsmi saytı xəbər verir.

 

Yanğının bağ evində gecə saat 3-də baş verdiyi, xilasedicilərin yanğın yerinə gəldiyi kimi binanın tam alova büründüyü bildirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.