Aygün Kazımovanın "Sus" klipi sosial şəbəkələrdə böyük əks-səda doğurdu

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Aygün Kazımovanın "Sus" adlı mahnısına çəkdirdiyi klipini sosial şəbəkələrdə böyük əks-səda doğurub. Üç gün ərzində baxış sayı tək YouTube-da 200 minə yaxınlaşıb.

Day.Az-ın məlumatına görə, müğənninin ekran işindəki "fahişə" obrazı müzakirələrə səbəb olub. Bir çoxları A.Kazımovanı bu obrazına görə qınayıb, bəziləri isə onun cəsarətini alqışlayıb. Bəstənin sözləri Vüqar Əbdülov, musiqisi Stefane Mgebruşviliyə məxsusdur. Mahnının ekran həlli rejissor Nestan Sinjikaşviliyə həvalə olunub.

Xatırladaq ki, 22 sentyabr saat 20.00-da Kristall Hall -da "Aygün Kazımova - 30 il" möhtəşəm şousu təqdim olunacaq.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Aygün Kazımovadan yeni klip