Aktrisası Natəvan Qeybani: “Bu sənəti təsadüfən seçdim” – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
"Yuğ" Dövlət Teatrının aktrisası Natəvan Qeybaninin Milli.Az-a müsahibəsi.
Dosye: Natəvan Qeybani "Yuğ" Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardandır. Teatrın səhnəsində qoyulan tamaşalarda Sara ("Solğun çiçəklər", C.Cabbarlı), Qızılgül ("Kiçik şahzadə", A.Ekzüperi), "Qaratoxmaq qadın" ("At. Daş. Qadın", T. Daimi), Uşaq (Mirzə Cəlilin "Lal" pantomiması əsasında "Meqapolis" tamaşası), Əmidostu ("Hop? Hop!", M. Ə. Sabir), Divanə Qız ("Zindan guşəsindən bir səs və yaxud Divanə", H.Cavidin altı poeziya nümunəsi əsasında), Xurşud ("Sən həmişə mənimləsən və yaxud Boyçiçəyi", İ.Əfəndiyev), Varya ("Birinci akt", A.P.Çexovun "Albalı bağı" komediyası əsasında) və digər rollarda çıxış edib.
"Yuğ" Dövlət Teatrında görüşdüyümüz gün digər həmkarları kimi Natəvan xanım da iranlı kinorejissor Babək Şirinsifətin Vaqif İbrahimoğlu və onun yaratdığı "Yuğ" Teatrı haqqındakı sənədli filminin çəkilişlərindən yenicə çıxmışdı...
- Sizin təqdimatınızda gördüyümüz personajlar möhkəm iradəli, hər şey barədə özünün fikri olması və hətta bir qədər sərtliyi ilə fərqlənirlər. Gerçək həyatda da beləsiniz?
- Bilirsiniz ki, bizim teatrda "obraz üzərində işləmək" ifadəsi yoxdur. "Yuğ"çular insan ruhunda olan keyfiyyətləri bədii hala gətirməklə məşğuldurlar. Dediyiniz sərtlik görünən üst qatdır. Bu qatın altındakı Natəvanı məqamından və konkret dairədən asılı olaraq istər gerçək həyatda, istərsə də səhnədə insanlar müxtəlif cür səciyyələndirə bilərlər. Sabit olan odur ki, mən heç bir halda qeyri-səmimiyyət
İnsan doğulandan ölənə qədər özünün mənəvi böyüməsi ilə məşğul olmalıdır. Şəxsiyyət özünə daha çox şey götürməlidir. Vaqif müəllim bizə bunu öyrədirdi və bütün bunları bizə verirdi. Ancaq öz daxili potensialını artırmaq qabiliyyətinə malik olan, belə gücü olan insan bunları qəbul edə bilər. Valideynlərimdən aldığım tərbiyənin davamını Vaqif müəllimdən gördüm. Ondan əqidə möhkəmliyini öyrənmişəm. Necə deyərlər, onun tələbəsi olmaqla öz qabıma düşdüm. Mən başqa teatrda işləyə bilmərəm. Bizim teatrın aktyorları eqosentrizmi əsas götürürlər.
- Bu sənəti seçəndə nəyi əsas götürdünüz?
- Bu sənəti təsadüfən seçdim. Yəqin ki, dram dərnəklərində məşğul olmağım qərarıma təsir edib. Amma hər hansı aktyorun pərəstişkarı olduğum üçün bu sənəti seçdiyimi deyə bilmərəm.
- Ola bilməz ki, başqa heç nə ilə maraqlanmayasını
- Belə deyək, yüksək dəyər verdiyim peşələrdən biri həkimlikdir. Müqəddəs sənət kimi baxıram həkimliyə. İnsanların sağlamlığının keşiyində dayanmaq, doğrudan da, müqəddəs işdir. Həkim hikmət sahibi deməkdir. Yəqin ki, aktrisa olmasaydım, həkim olardım. Daha doğrusu, olmaq istərdim. Bir də idmanla çox maraqlanmışam, hətta mütəmadi məşğul olmuşam. İndi vaxt məhdudluğundan məşğul ola bilmirəm. Qızımın bu sahəyə həvəsi olsa, çox şad olaram.
- Bəs övladlarınızın aktyorluğa meylini necə qarşılayarsınız?
- Çox yaxşı. Bizim sənət adamlarının əksəriyyəti, hətta demək olar ki, hamısı bunu arzulamadıqların
- Məişətdə necə, xüsusi həvəslə gördüyünüz iş hansıdır?
- Məncə, qadınların əksəriyyəti ev işlərini məcburi, daha doğrusu, vəzifə borcları olduğu üçün görürlər. Düzdür, bir və ya bir neçə ev işinə xüsusi həvəsi olan qadınlar da az deyil, amma mən belə deyiləm. Hansısa ev işinə xüsusi həvəsim, hansındasa fərqli bacarığım yoxdur. Hamısını lazım olduğuna görə edirəm. Amma bu, o demək deyil ki, karyera mənim üçün daha önəmlidir. Qətiyyən. Ailəm və karyeram ikisi də mənim üçün bir müstəvidədir. Biri o birindən üstün deyil.
Yaxşı bacardığım işlərdən biri dublyajdır. On ildən çoxdur bu işlə məşğulam. Özü də maraqlıdır ki, elə o vaxtdan mənə yaşımdan xeyli böyük qadın personajları səsləndirməyi həvalə edirlər.
- Yaşdan söz düşmüşkən, aktyorların bacarıqlarının üzə çıxmağında bu, vacib amillərdən biridir. Bununla bağlı səhnədə, ya da ekranda hələ canlandırmadığın
- Yox, hansısa rolun həsrətində olmamışam və deyiləm. Zamanında Kleopatranın da, Cülyettanın da vasitəsilə tamaşaçılarla ruhi kontakta girmişəm. Pünhan Həsənlinin hazırladığı tamaşalarda. Yeri gəlmişkən, deyim ki, onunla yenidən məmnuniyyətlə işləyərdim.
Əksinə, bizim teatrda ruhi kontaktın alınmasında yaş amili bir az başqa rol oynayır. Hələ də kinorejissorlard
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin





Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре