https://news.day.az/culture/512468.html
Dünya şöhrətli azərbaycanlı yazıçının 93 yaşı tamam olur - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Bu gün dünya şöhrətli azərbaycanlı yazıçı, nasir, tərcüməçi, publisist, əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın 93 yaşı tamam olur.
Milli.Az bildirir ki, Bakının mərkəzində tək yaşayan, əsərləri dünyanın onlarla xalqının dilinə tərcümə olunan yazıçımızın heç bir kitabı indi latın qrafikası ilə nəşr olunmur. Gənclərin də yazıçımızı tanımamasına əsas səbəb elə budur desək, yanılmarıq.
Onu da qeyd edim ki, digər yazıçılardan fərqli olaraq əməkdar mədəniyyət işçisi fəxri adından başqa heç bir təltifi olmayan, yanız prezident təqaüdçüsü olan Ələviyyə xanımın diqqətdən kənar olmasını özü belə əsasandırır: "Anarın məni gözü götürmür..."
Ələviyyə xanımın qısa bioqrafiyası ilə tanış olaq:
Ələviyyə Hənifə qızı Babayeva 1921-ci ilin avqustun 12-də Bakıda anadan olub. Əslən Bakının Mərdəkan kəndindən olan Ələviyyə xanım Azərbaycanın dünyaca məşhur rassamı, xalq rəssamı Rasim Babayevin bacısıdır.
Orta məktəbi bitirdikdən sonra o, həkim olmaq arzusu ilə sənədlərini Tibb İnstitutuna verib. Üçüncü kursda oxuyarkən ədəbiyyata olan marağı onu Bakı Dövlət Universitetinin filologiya fakültəsinə dəyişməyə vadar edib. Onu da qeyd edək ki, Ələviyyə xanım hələ məktəbdə oxuduğu vaxtlarda şeirlər də yazırmış.
Ədəbi həyata 1936-cı ildə, 15 yaşında ikən yazdığı "İki həyat" adlı "Ədəbiyyat qəzeti"ndə dərc olunan hekayəsi ilə qədəm qoyub. Ələviyyə xanım gənclik illərindən bir neçə müasir rus və xarici ölkələrin ədəbiyyatından da tərcümələr edirmiş. Belə ki, o, A.Qaydarın "Uzaq ölkələr" (1950), V.Biankinin "İz ilə" (1957), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K.Paustovskinin "Oğru pişik" (1951), V.Q.Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y.Sotnikin "Əcaib quş" (1964), V.Astafyevin "Ulduz xəzanı" (1970), Y.Çaruşinin "Nikitanın oyuncaqları" (1984) eləcə də L.Tolstoy, İ.Turgenev, A.Çexov, M.Qorki, V.Ponova, A.Zegeres (alman dilindən) və başqalarının əsərlərini tərcümə etmiş və kütləvi tirajlarla çap edilmişdir.
İlk kitabı 1950-ci ildə çap edilmiş ilk kitabı "Mənim müəlliməm" adlanır. Sonralar bir-birinin ardınca işıq üzü görən əsərləri Ələviyyə xanıma nəinki Azərbaycan və Sovetlər məkanında, eləcə də az bir zamanda dünyanın əksər ölkələrində oxucu rəğbəti qazandırıb.
1951-ci ildən "Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), 1973-cü ildən isə "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktoru (1976-1985) kimi çalışıb. Hekayə, povest, roman yazmaqla yanaşı, onlarla xarici ölkə ədəbiyyatı nümunələrindən tərcümələr edən Ələviyyə xanımın əsərləri də dünyanın müxtəlif dillərinə ən çox tərcümə olunan azərbaycanlı yazıçı qadın kimi tarixə düşüb. Hətta bəzi ölkələrdə onu Azərbaycan yazıçısı əvəzinə İran yazıçısı kimi də təqdim edirlər. Özünün dediyinə görə, ulu babası Cənubi Azərbaycandan (indiki İran ərazisindən) Bakıya gəlib. Buna görə ona İran yazıçısı deyirlər. "Mən azərbaycanlıyam, Azərbaycan yazıçısıyam, iranlı deyiləm!" - deyərək, buna öz etirazını bildirib. Əsərləri rus, alman, ingilis, fransız, gürcü, latış, ispan, italyan, çex və hətta çin dilinə belə tərcümə olunub.
"Hekayələr" (1951), "Tək ağac" (1957), "Kənd yolları" (1958), "Payızda" (1960), "Mən tək deyiləm" (1961), "Kənd yollarında səyahət" (1962), "Yenə bahardı" (1963), "Kölgə" (1964), "Tut ağacı" (1967), "Hörüklər" (1968), "Povestlər" (1969), "Adamlar və talelər (1973), "Böyürtkən mürəbbəsi" (1971), "Sehirli pillələr" (1974), "Haradasan, dost, harda" (1977), "Səni axtarıram" (1985), "Küləyin tərkində" (1983), "Yanar su" (1986), "Bəlkə sabah olmadı" (1996), "Rəngbərəng yuxular" (2000), "Son döngə" (2000), "Cırtdan şəhərdən qaçıb" (2001) kimi onlarla əsərlərin müəllifi olan Ələviyyə xanımın bu gün də şəxsi arxivində çap olunmayan əlyazmaları da qalmaqdadır.
Böyütmək üçün şəkillərə klikləyin:

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре