"Воскресное чтиво" на Day.Az: Стихи наших читателей. "Maskalar şəhəri"
Мы призываем наших читателей продолжать посылать на электронный адрес [email protected] различные публикации, касающиеся искусства, истории, культуры, этнографии, традиций Азербайджана, и многих других областей жизни нашей страны, а также свои рассказы, ранее не печатавшиеся в прессе.
Sənsizlik
Məni arxanda yalnız qoyduğun kimiyəm.
Küçənin ortasında dayanıb, gözləyirəm.
Saxladığın ümidləri qucaqlamışam.
Başqa nə saxladın ki mənə?
Adını söyləyəcək gədər dilimə bir ağrı.
Səninlə rəqs edəcək gədər bir halsızlıq.
Əllərinə toxunacaq gədər bir məsafə.
Tanrıya qaçacaq gədər bir dua.
Gecəyə sığınacaq gədər bir yalnızlıq.
Səssizliyə dözəcək gədər bir boşluq.
Hər üzdə səni görəcək gədər bir ağılsızlıq.
Sevdiyim musiqilərə belə nifrət edirəm.
Səndə musiqi olsa idin...
Amma olmur.
Nifrət edəcək gədər gücsüzlük də saxladın məndə.
Bir dərya sual.
Bir dərya həsrət.
Bir dərya sənsizlik.
* * *
Maskalar şəhəri
Görəsən, onları düşürsək, nələr çıxacaq altından?
Bəlkə də, elə kök salıb ki, artıq çıxmaz da.
"Necəsən?" sualına "Yaşayıram" cavab versək.
Düşünmədən "Yaxşı" yazmasaq.
"Pis" deməsək, çünki ardından fasiləsiz "Niyə"lər gələcək.
Bütün gün yığsaq-yığsaq, axşamsa omuzuna başımızı qoyacaq birisini itirməsək.
Gedəni saxlamasaq.
Hərdənsə "Getmə, qal" deyə bilsək.
"Bəlkə" 'ləri "Hə" 'lərə çevirə bilsək.
"Kaş" ları isə "Yaxşı ki" eləsək.
Susmaq yerinə "Başa düşürəm" deyib, qucaqlasaq.
Buraxmasaq.
Hisslərimizi başa düşüb də, anlata bilsək.
Məna dolu kitablar hədiyyə edə bilsək.
Özümüz kitab olsaq.
Qışda çıxan günəş kimi buzları əridə bilsək.
Bağışlasaq, bağışlanmış olsaq.
Əsas isə özümüz olsaq.
Bir gülüşü ilə ürəyimizi yerindən ala biləcək birisini sevsək.
Sevilsək.
Sevilsək.
* * *
Sən
Sən kimsən ki?
Səmimiyyətimi su sayıb, salfet kimi özünə hopan.
Uşaq sevincimi əlimdən alan.
Gedən, arxasına dönüb, baxışını ağlımda həmişəlik hək edən.
Yalanları ilə məni yedizdirən.
Üstündən bir də su içizdirib, doyuran.
Əllərimi saçlarına həsrət qoyan.
Gülüşünlə o anı sonsuz edən.
Sən, sən, sən.
Haqqsızlıq.
Dəydi mi saflığımı almağın?
Başqalarına isə eqosunu hər şeydən üstün tutan birini saxlamağın.
Sənin o baxışın, baxışın...
Dəydi mi göydə ulduz kimi yananı tutub, aşağı salman,
Bir arzu tutman, sonra isə buraxman?
Sanki bir şam imişəm kimi, qabağına qoyub, yandırman,
Sonrasa əllərinlə o işıqla oynaman
Birdən söndürüb, qapını bağlayıb , getmən.
Sən.
Sən kim idin ki?
Dənizin dərinliyi sanırdım səni.
Sənsə o dərinliyində özünü içimdə boğdun.
* * *
Payız
Payızı sevirəm.
İçimi oxşayır.
Elə yaxındır ki mənə, boğuluram.
Payızı sevirəm.
Onun səssizliyində ən önəmli sözləri eşitməyimdə.
Bütün suallarıma cavab tapdığıma.
Onun kuləyinin saçlarımın oxşamasını, ətrimi yayındırmasını.
Payızı sevirəm.
Yalnızlığımı onunla bölüşə bildiyim üçün.
Payız bir başqa aləmdir mənim üçün.
O, məni anlayır, qınamır, sadəcə səssizliyi ilə cavab verir.
İçimə bir rahatlıq gətirir.
Onun dərinliyini sevirəm.
Ən əsas isə - onun yağışını.
Payızı sevirəm.
Birisi sevsin mənimlə onu. Xahiş edirəm.
Севиль Алиева
* * *
Səninçin
Sən gəldin ömrümə günəş, ay kimi,
Tanrının verdiyi ruzi, pay kimi.
Qəlbimin evini bir saray kimi,
Bəzərəm səninçin, yalnız səninçin.
Göylərdən ələnir nur dolu yağış,
Damlası kipriyim ucunda donmuş,
Sən gələn yolları qarişbaqarış,
Gəzərəm səninçn, yalnız səninçn.
Ovcumda sıxaram incə əlini,
Öpərəm, oxşaram qara telini.
Çiçəklər içində ən ğözəlini,
Üzərəm səninçin, yalnız səninçin.
Gəzərəm çəməni dizlərim üstə,
Üzərəm tər çiçək dəstəbədəstə,
Yolaram ləçəyin sinənin üstə,
Düzərəm səninçin, yalnız səninçin.
Бабек
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре