Notariusda bir gün: Təsdiqləmək bu qədər çətindir? - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
İnsanlar üçün hansısa sənədi notarial qaydada təsdiqlətmək bəzən onu almaqdan çətin olur
Nərgiz adlı oxucu Milli.Az-a yazır ki, Yasamal rayonunda yerləşən 5 saylı notariat kontorunda özü tərəfindən tərcümə edilmiş doğum və nikah haqqında şəhadətnamələrin surətini təsdiqləməkdən imtina edilib: "Özüm peşəkar tərcüməçiyəm. Şəhadətnamələri tərcümə edib təsdiqlətmək üçün 5 saylı notariat kontoruna getdim. Bildirildi ki, özümün tərcümə etdiyim sənədləri təsdiq edə bilməzlər. Bildirildi ki, tərcümə mərkəzlərində tərcümə olunmuş sənədi təsdiq edə bilərlər. Başa düşmürəm, rəsmi sənədi təsdiqləmək bu qədər çətindir?"
Oxucu daha sonra əlavə edir ki, həmin kontordan sonra Səbail rayonudan başqa bir notariusa müraciət edib və heç bir problem olmadan sənədlər təsdiqlənib.
Oxucunun şikayətləndiyi 5 saylı notariat kontorunun xüsusi notariusu İlham Məmmədov Milli.Az-a açıqlamasında bildirdi ki, burada qanunsuz heç bir iş görməyiblər.
Onun sözlərinə görə, notarius tərcüməçinin imzasını təsdiq edir: "Biz dil bilmirik, gündə müxtəlif dillərdə olan sənədlərin təsdiqlənməsi üçün müraciət olunur. Bizim tərəfdən həmin tərcümələr yoxlanılmır, sadəcə qeydiyyatda olan tərcüməçinin imzası təsdiqlənir. Düzdü, bəzən tərcümənin səviyyəsi ilə bağlı problemlər olur. Ancaq notariusdan tələb olunan budur, tərcüməçinin imzasını təsdiqləmək. Hər yerdə belədir".
Böyütmək üçün şəkillərə klikləyin.


Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре