Əsgərlərin əşya və ərzaq ehtiyatları burdan ödənir - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Jurnalistlər MN-in Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarında olub
Bu gün "Xəzərxəbər"in əməkdaşları Müdafiə Nazirliyinin mərkəzi əşya bazası və ərzaq anbarına baş çəkiblər. Onlar inzibati və texniki ərazilər, yaradılan şəraitlə yerində tanış olublar.
Bir tərəfdə şəxsi heyətin təminatı üçün nəzərdə tutulan minlərlə əsgər formaları, papaqlar, ayaqqabılar və çarpayıların etalon nümunələri...
Digər tərəfdə tonlarla ərzaq məhsulları...
Görüntülər Müdafiə Nazirliyinin Mərkəzi Əşya və Ərzaq Anbarlarındandır
Hərbi qulluqçularımız geyim əşyaları və ərzaqla tam şəkildə bu anbarlardan gedən məhsullarla təmin olunurlar.
İstənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü ilə də seçilir. Bazada hərbi əşyaların davamlılığını yoxlamaq üçün laborotoriya da var.
Nazirliyin Arxa Cəbhə İdarəsinin rəisi Münasib Babayev (K.41) deyir ki, bazadakı əşya və ərzaqlar 100 faiz yerli istehsaldır. Hətta bəzi ərzaq məhsulları Müdafiyə Nazirliyinin yenidən yaradılan yardımçı təsərrüfatlarında yetişdirilir.
İdarə rəisi Münasib Babayevin sözlərinə görə, yaxın gələcəkdə şəxsi heyyətin ərzaq təminatı Müdafiə Nazirliyinin yardmçı təsərrüfatlarında yetişdiriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре