Brüsseldə terror aktları nəticəsində yaralananların sayı 230-a çatıb

Day.Az представляет новость на азербайджанском языке:

Brüsseldə törədilən terror aktları nəticəsində yaralananların sayı 230 nəfərə çatıb: onlardan 100-ü hava limanında, azı 130 nəfəri isə metropolitendə törədilən partlayışlar nəticəsində yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Belçika DİN-in Böhran Mərkəzinin məlumatında bildirilir.

"Brüssel aeroportunda törədilən  terror aktı nəticəsində 10 nəfər ölüb, 100-dək şəxs yaralanıb, "Malbek" stansiyasında isə 20 nəfər ölüb, 130 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.