https://news.day.az/azerinews/808986.html
"Artıq yeni bir Türkiyə var"
"Artıq yeni bir Türkiyə var"
Bu gün demokratiya tariximizin önəmli bir günüdür. 15 iyul cümhuriyyət tariximizin ən qanlı çevriliş cəhdidir. 240 şəhidimiz var, onlar demokratiya qəhrəmanlarıdır.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib.
K.Kılıçdaroğlu deyib: "15 iyul bizə bir olmağımızın önəmini göstərdi. Xalq canını sipər edərək demokratiyanı qorudu, siz bir tarix yazdınız. Artıq yeni bir Türkiyə var. Əgər biz bu gücü, bu uzlaşma mədəniyyətini daha da irəliyə apara bilsək, uşaqlarımıza gözəl bir Türkiyə buraxmış olacağıq".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре