Ürəyi qoruyan, sümükləri bərkidən yağ: yeyin ki, ömrünüz uzansın

Day.Az представляет новость на азербайджанском языке

Tez-tez eşitdiyimiz, vitaminləri böyükdən kiçiyə hamının istifadə etdiyi "Omeqa-3" haqqında məlumat almaq maraqlı olar.

Omega-3 Omega-6 yağları kimi doymamış yağ turşuları qrupuna daxildir. Omega-3 insan bədəni tərəfindən istehsal edilmir, buna görə xaricdən alınmalıdır.  Badam, fındıq, kətan toxumu, somon, skumbriya balığı kimi qidalarda olan Omega-3 kapsula olaraq da qəbul edilə bilər. İnsanda Omega-3 ehtiyacı ana bətnində başlayır və hər mərhələdə tələb olunur. Aile.lent.az bu yağın xüsusiyyətləri və faydaları haqqında bilmədiyiniz faktları təqdim edir.

Omega-3-ün faydaları nədir?

- Xolesterol və triqliseriti aşağı salır, bunun sayəsində ürək xəstəlikləri riski minimuma enir.

- Yaşla bağlı gözdə inkişaf edən sarı nöqtə təhlükəsini azaldır.

- Unutqanlıq kimi xəstəliklərə tutulma riskini azaldır.

- Diqqət cəmləmə və diqqətin dağılmamasına kömək olur.

- Qan axınını tənzimləyərək qanın laxtalanmasının qarşısını alır.

- Sümükləri gücləndirir.

Omega-3 çatışmazlığı hansı problemlər yaradır?

- Balıq yağı turşuları ürəyə faydalı olduğu üçün çatışmadığı halda ciddi problemlər meydana gələ bilər. Balıq yemək ürək ritmini nizama salır. Bu ehtiyacın qarşılanmamasının nəticələri da ürək xəstəliklərinə səbəb ola bilər.

- Görmə qabiliyyəti azalır.

- Diqqətdə azalma və davranış pozuqluqlarına səbəb olur.

 Omega-3 qəbulunun hamiləlikdə faydaları nədir?

- Erkən doğum riskini azaldır.

- Körpənin göz qişası və beyin inkişafına fayda verir.

- Körpənin riyazi zəkası, oxuma, yazma kimi bacarıqlarının inkişafına kömək olur.

- Zahılıq sindromundan qoruyur.

Omega-3-dən kimlər istifadə edə bilər?

- Ürəyində problemi olanlar

- Məktəbli uşaqlar

- Hamilələr (həkim nəzarətində)

- Menapauzaya girən qadınlar

- Xolesterolu yüksək olanlar

- Diabet xəstələri

Omega-3 ehtiva edən qidalar hansılardır?

- Badam, fındıq, qoz, kətantoxumu

- Yaşıl bitkilər

- Somon və skumbriya kimi balıqlar

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.