Gözəl idmançı prezident olmaq istəyir - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Yelena İsinbayeva federasiya prezidenti olmaq istəyir.
Fanat.Az xəbər verir ki, 2004 və 2008-ci ildə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olmuş atlet Rusiya Atletika Federasiyasının (ARAF) prezidentliyinə namizədliyini irəli sürüb.
Yelena İsinbayeva ARAF-ın saytına açıqlamasında "Hazırda federasiyamız çətin dönəmdən keçir. Ən önməlisi isə "Rio-2016"ya qatılmağımıza icazə verilmədi. ARAF-ı yenidən Beynəlxalq Atletika Federasiyaları Birliyinə (İAAF) üzv qəbul etdirməyə çalışacam. "Atletlərimizin beynəlxalq yarışlarda yer almasını və onların yenidən yarışması üçün yardım etmək istəyirəm. Rus atletlərin geri dönüşü mənim üçün də gözəl motvasiya qaynağı olacaq" deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре