"Rus NATO"sunun generalları İrəvana toplanırlar

Day.Az представляет новость на азербайджанском языке

Sabah Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdafiə nazirləri şurasının iclası keçiriləcək.
 
Day.Az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb. Nazirlik görüşdə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya nümayəndə heyətlərinin iştirak edəcəyini bildirib.
 
İclasa həmçinin KTMT-nin baş katibi Nikolay Bordyuja da qatılacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.