Bu gündən etibarən bu avtobuslar kart sisteminə keçdi

Day.Az представляет новость на азербайджанском языке

Bu gündən etibarən "Xaliq Faiqoğlu"MMC-nin istismarında olan 18,61,65,79,85 və 96 saylı marşrut xəttlərində elektron ödəniş sistemi -"Bakı Kart" sisteminə keçilmişdir.

Day.Az-ın məlumatına görə, K Group və Türkiyənin Kent Kart şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində I mərhələdə 117 avtobusa kart oxuyan cihazlar-validatorlar quraşdırılmış, sürücü və dispetçerlər müvafiq təlimlərdən keçirilmiş, şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi qurulmuşdur. Layihənin ərsəyə gəlməsində Bakı Nəqliyyat Agentliyinin (BNA) xüsusi dəstəyini qeyd edən şirkətin rəhbəri Faiq Seyidov həmçinin K Ggroup və Kent Kart şirkətinə təşəkkürünü bildirdi.

Geniş məlumat bazasına malik olan sistem sayəsində avtobusların hərəkət istiqaməti, onların hərəkət sürəti, hər bir dayanacaq üzrə və ümumiyyətlə gün ərzində avtobuslardan istifadə edən sərnişinlərin sayı barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaqdır deyə F. Seyidov bildirmişdir. Sərnişinlərin rahatlığını düşünən "Xaliq Faiqoğlu" şirkəti sosial layihə çərçivəsində sıxlıq təşkil edən dayanacaqlarda sərnişinlərə balansında 1 gediş haqqı (0.20 AZN) məbləği olmaqla "Bakı Kart" ödəniş kartları hədiyyələr paylanmaqdadır. Qeyd edək ki, mərhələli şəkildə yaxın vaxtlarda şirkətin istismarında olan digər marşrut xəttlərində elektron ödəniş sisteminə keçiləcəkdir.

Bununla yanaşı şirkət bu gün yeni İsuzu Citiport markalı 12 m yeni avtobusu ictimaiyyətə təqdim etmişdir. Ümumiyyətlə yaxın vaxtlarda xəttlərdə olan avtobusların yeni, müasir və 12 m avtobuslarla dəyişidirlməsini təmin edəcəkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.