Hər kəs ŞOKda - Rusiyada su borusundan neft gəldi

Day.Az представляет новость на азербайджанском языке

Rus mətbuatında yer alan xəbərlərə görə, ölkənin şərqindəki bir kənddə mərkəzi istilik sistemində meydana gələn qəza nəticəsində üç ton neft su xəttinə sızıb.

Milli.Az xəbər verir ki, Çerski sakini, İvan adlı bir şəxs: "İnsanlar çimə bilmir, kranlardan axan neft-su qarışığı sağlamlığımızı təhlükə altına atır", - deyə bildirib.

İndi səlahiyyətli qurumlar su xəttinə sızan nefti təmizləməyə çalışırlar.

Yerli prokurorluq da hadisə ilə əlaqədar istintaqa başlayıb.

Qeyd edək ki, sözügedən olaydan bir az öncə Çerskidə 24 saatlığa elektrik enerjisi kəsilibmiş. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.