İstanbulda dəhşətli partlayışın qarşısı ALINDI

Day.Az представляет новость на азербайджанском языке

---------
18:06

Ekspert qrupu hadisə yerinə gəldikdən sonra Turqut Özal prospekti hər iki istiqamətli bağlanılıb.

Əl bombası kənardən idarə edilərək partladılıb və prospektdə nəqliyyatın hərəkəti yenidən bərpa edilib.

---------
16:53

İstanbul Çekmeköy Taşdelen Məhəlləsi Turqut Özal Prospektindəki ərazidə təmizlik işçiləri qustar üsulla hazırlanmış əl bombası aşkar ediblər.

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, məlumatlandırılan polis əməkdaşlarının hadisə yerinə gəlməsi ilə ətrafda təhlükəsizlik tədbirləri görülüb.

Polislər olay yerinə bomba mütəxəssislərinin gəlişini gözləyir.

Qeyd edək ki, dekabrın 10-da Türkiyənin İstanbul şəhərində baş vermiş partlayış nəticəsində 44 nəfər dünyasın dəyişmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.