Lənkəran sakini ehtiyatsızlıqdan özünü güllələdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке
Lənkəran rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Day.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şağlakücə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə ehtiyatsız davranış nəticəsində döş qəfəsindən yaralanıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, müayinə zamanı döş qəfəsinin sol yarısında, altıncı-yeddinci qabırğaların arasında içəri nüfuz edən qırma aşkar edilib və R.Şərifov əməliyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре