Marketlərdə farş ətdən 3-4 manat ucuzdur: Tərkibinə nə qatılır? - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Ətin 1 kiloqramı 14 manat 49 qəpik və 11 manat 29 qəpikdən təklif edilir. Çəkilmişinin kiloqramı isə uyğun olaraq 10 manat 79 qəpik və 8 manat 99 qəpikdır. Paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi, ətin özündən 3-4 manat ucuzdur. Halbuki, farş ət sümüksüz və hazır olduğundan ətin özündən baha olmalıdır.
Sakinlərin bu məsələ ilə bağlı fikri birmənalı deyil. Qəssablar da çəkilmiş məhsulun ətin özündən baha olmasını normal hesab etmirlər.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən isə bildirildi ki, ətin özündən ucuz olan çəkilmiş məhsulda əlavə hansısa qatqı ola bilər. Yaxud da mənşəyi bəlli olmayan ət də ola bilər.
Mövcud qaydalara görə, ət yalnız alıcının, yaxud da baytar həkimin yanında sümükdən ayrılıb çəkilə bilər. Bununla yanaşı, çəkilmiş ətin baytarlıq arayışı da olmalıdır. Həmin sənəddə nə əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir. Qurumdan məsləhət görüldü ki, çəkilmiş ət alan vətəndaşlar mütləq həmin arayışı satıcıdan tələb etsinlər.
Day.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəklə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре