Şəhid Zakir Cəfərov torpağa tapşırıldı - YENİLƏNİB - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
---------
14:08
Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Cəfərov Zakir Nazim oğlu bu gün dəfn edilib.
Day.Az cebhe.info-ya istinadla bildirir ki, Cəfərov Zakir Nazim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu idi. Şəhid Zakir Cəfərov yaralı komandirini çiyninə alıb döyüş meydanından çıxarmaq istəyərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
---------
13:41
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Cəfərov dəfn olunub.
Day.Az APA-ya istinadən xəbər verir ki, şəhidlə doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Şəhidin nəşi məsciddən Keşlə qəbristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbirstanlığında dəfn olunub.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре