Rusiyalı aparıcının Bakı gəzintisi

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış moda mütəxəssisi, "Modniy priqovor" verilişinin aparıcısı Aleksandr Vasilyev Bakıya gəlib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, rusiyalı aparıcı paytaxtımızda gəzintiyə çıxıb. 

Gəzinti fotolarını sosial şəbəkədə paylaşan Aleksandr "Bakının gözəlliyi əvəzolunmazdır, şəhər möhtəşəmdir. Bakıya gəlib qutabdan dadmamaq olarmı? Azərbaycan milli mətbəxinə aid olan bu yeməyi fərqli ərzaqlarla hazırlayırlar: göyərti, kəsmik, ət və pendirlə", - deyə bildirib. 

Vasilyev İçərişəhəri, Heydər Əliyev Mərkəzini gəzib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.