Natavan Həbibi: "Babam Ələkbərin nəslinə deyiblər ki, ermənidi"

Day.Az представляет новость на азербайджанском языке
Natavan Həbibinin ailə həyatı qurandan sonra sənətdən gedəcəyi barədə fikri qətidir. Müğənni özünü şou-biznesdə daimi görmür.
gecce.az-ın məlumatına görə, bu barədə o, "Qonaq gəl bizə" verlişində danışıb:
"İki ay idi Azərbaycanda deyildim. Bakı üçün çox darıxmışam, amma efirlər üçün elə də yox. Nə vaxtsa şou biznesdən gedəcəm. Ailə qurandan sonra tamamilə uzaqlaşmaq istəyirəm. Şou biznesdə vəziyyət elədə yaxşı deyil. 2000-ci illə müqayisədə sanbal və səviyyə qalmayıb. Bəzi müğənnilərin zövqsüzlüyü tamaşaçıların zövqünü korlayır".
Natavan bəzi verlişlərə çıxmadığını və özünə məhdudiyyət qoyduğunu bildirib:
"Əminliklə deyə bilərəm ki, məni sevənlər daha çoxdu, nəinki sevməyənlər. Hər verilişə getmirəm. Çünki bəzi verlişlərdə özümü görmürəm. Elə verilişlər var ki , onun aparıcısı ilə mənimki heç tutmur. Həm özü, həmdə söhbəti şit olur, səhnə mədəniyyəti, musiqidən anlayışı olmur. Belə aparıcılar çoxdur. Müğənnilərimiz arasında da belələri var. Səviyyə get-gedə aşağı düşür. İstəyirəm ki, Azərbaycan musiqisi tam inkişaf eləsin. İndi ara mahnıları pop musiqisi olub. Belə mahnıları oxumayan müğənnilərə deyirlər ki, dəbdə deyil. Bu məni və mənim kimi bir çox müğənniləri incidir. Ona görə də biz efirlərdə yoxuq. Mən, F.Ağayev, Lalə Məmmədova, Samira, Zülfiyyə .Xanbabayeva, Sevda Ələkbərzadə kimi səviyyəli müğənnilər azdır. Biz səviyyəmizi qoruyuruq".
Natavan Aygün Kazımova ilə soyuq müharibəsinədə toxunub:
"Məni istəməyən bir nəfərdir və həmin o bir nəfərin ətrafındakı cılız adamlardır. İş elə gətirdi ki, o insanın qarşısına həmişə mən çıxdım. Bu da bilməyərəkdən olub. Amma qisasımı qoymuram qalsın. Mənə zərbə vurana, məndə bilərəkdən zərbə vururam. Mənə bir addım atan insana mən on addım atıram. Elə insanlar var ki, ömrümdə onları bağışlamaram. Məni aldadanı, satanı xəyanət, edəni heç vaxt bağışlamaram. Mənə deyirlər ki, soyuqsan. Biilirəm kimə qarşı isti olmaq lazımdır. O qədər insanlara inanmışam ki... Düz yolu çətinliklə getmişəm. Kaş Natavan Həbibova olaraq qalardım. Həbibi olub şou biznesə gəlməzdim. Kaş 16-17 yaşımda başqa seçim edərdim, müğənni olmazdım. Mənə deyirlər ki, anam ermənidi. Amma kim Türkmənistana getsə, Krasnavodsk şəhərinə, ən sanballı 2-3 nəsil varsa, bizimki onlardan birinci idi. Mənim babam, Ələkbərin nəslinə deyiblər ki, ermənidi. Nənəmlə babam İrandan gəliblər, əsləni azərbaycanlıdırlar".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре