Paytaxtda dəhşətli yol qəzası

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, Nərimanov rayonun Z.Bünyadov prospektində Sabirabad rayon sakini Xəyal Abbasov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rəqsanə Zeynalovanı vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabr ayının 3-ü oxşar hadisə Bakının Nizami rayonunda baş vermişdi. rayonun Rüstəm Rüstəmov küçəsində Bakı şəhər sakini Röyal İsayev idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən şəhər sakini 1954-cü il təvəllüdlü Səkinə Hacıxanovanı vurmuş, sürücü yaralı qadını avtomobilinə qoyaraq xəstəxanaya çatdırmışdı. 

Həkimlərin yaralı qadına lazıma tibbi göstərməsinə baxmayaraq S.Hacıxanovanın həyatını xilas etmək mümkün olmamışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.