Siyəzəndə ağır qəza:

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı - Quba - Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza magistralın 95-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.
 
"Mersedes" markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.
 
Ölən şəxs 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Səttərova Səadət Abdulla qızıdır. Maşında olan 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.