2-ci sinif şagirdi qızıl medal qazandı

Day.Az представляет новость на азербайджанском языке:

Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş şahmat üzrə təsnifat turnirinin nəticələri məlum oldu.
Milli.Az-ın məlumatına görə, Bakı Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində baş tutan 9 günlük yarışda qızlar arasında qızıl medalın sahibi Bakı şəhəri Binəqədi rayonu 99 saylı məktəbin 2-ci sinif şagirdi Abbaslı Nəzrin olub. Aynur FərzəliyevaBağırova Nəzrin ilə müvafiq olaraq ikinci, üçüncü yerləri bölüşüblər. Qaliblər medal və diplomlarla təltif ediliblər.

Xatırladaq ki, yarışda Bakının 10 məktəbindən 200-dən çox məktəbli iştirak edib.